“Fərdi məlumatlar
haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq
edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin
275 N-li Fərmanı (04-06-2010 21:30)
“Fərdi məlumatlar
haqqında” Azərbaycan Respublikası Qanununun qüvvəyə
minməsi ilə əlaqədar həmin Qanunun tətbiq
edilməsini təmin etmək məqsədi ilə qərara
alıram:
1. Azərbaycan
Respublikasının Nazirlər Kabinetinə
tapşırılsın ki, iki ay müddətində:
1.1. qüvvədə olan
qanunvericilik aktlarının “Fərdi məlumatlar haqqında”
Azərbaycan Respublikasının Qanununa
uyğunlaşdırılması barədə
təkliflərini hazırlayıb Azərbaycan
Respublikasının Prezidentinə təqdim etsin;
1.2. Azərbaycan
Respublikası Nazirlər Kabinetinin və müvafiq mərkəzi
icra hakimiyyəti orqanlarının normativ hüquqi
aktlarının həmin Qanuna
uyğunlaşdırılmasını təmin etsin və bu
barədə Azərbaycan Respublikasının Prezidentinə
məlumat versin;
1.3. “Fərdi
məlumatlar haqqında” Azərbaycan Respublikası Qanununun
5.9-cu maddəsində nəzərdə tutulmuş fərdi
məlumatların mühafizəsinə dair tələbləri
müəyyən etsin və bu barədə Azərbaycan
Respublikasının Prezidentinə məlumat versin;
1.4. həmin Qanunun
15.1-ci maddəsinin ikinci cümləsində nəzərdə
tutulmuş fərdi məlumatların informasiya sistemlərinin
dövlət qeydiyyatına alınması və dövlət
qeydiyyatının ləğv edilməsi qaydalarını
təsdiq etsin və bu barədə Azərbaycan
Respublikasının Prezidentinə məlumat versin;
1.5. həmin Qanunun
16.2-ci maddəsində nəzərdə tutulmuş fərdi
məlumatların informasiya sistemlərinin dövlət reyestrinin
aparılması qaydalarının layihəsini
hazırlayıb Azərbaycan Respublikasının
Prezidentinə təqdim etsin;
1.6. həmin Qanunun
5.7-ci, 7.4-cü, 10.6-cı maddələrində, 15.1-ci
maddəsinin birinci cümləsində, 15.5-ci, 16.1-ci, 17-ci
maddələrində nəzərdə tutulmuş müvafiq icra
hakimiyyəti orqanlarının səlahiyyətlərini
həyata keçirən icra hakimiyyəti orqanları barədə
təkliflərini hazırlayıb Azərbaycan Respublikasının
Prezidentinə təqdim etsin;
1.7. öz
səlahiyyətləri daxilində “Fərdi məlumatlar
haqqında” Azərbaycan Respublikasının Qanunundan irəli
gələn digər məsələləri həll
etsin.
2. Müəyyən
edilsin ki:
2.1. “Fərdi
məlumatlar haqqında” Azərbaycan Respublikası Qanununun
16.2-ci maddəsində nəzərdə tutulmuş “müvafiq icra
hakimiyyəti orqanı”nın səlahiyyətlərini
Azərbaycan Respublikasının Prezidenti həyata keçirir;
2.2. həmin Qanunun
5.9-cu, 9.10-cu maddələrində, 15.1-ci maddəsinin ikinci
cümləsində, 15.3.3-cü, 15.6-cı, 18.4-cü
maddələrində nəzərdə tutulmuş “müvafiq icra
hakimiyyəti orqanı”nın səlahiyyətlərini
Azərbaycan Respublikasının Nazirlər Kabineti həyata
keçirir.
İlham
Əliyev
Azərbaycan
Respublikasının Prezidenti
Bakı
şəhəri, 4 iyun 2010-cu il.