Azərbaycan Respublikası
Nazirlər Kabinetinin
2010-cu il 17 dekabr tarixli
237 nömrəli qərarı
ilə
təsdiq
edilmişdir
Dövlət qeydiyyatına alınması tələb
olunmayan fərdi məlumatların informasiya sistemləri
1.Dövlət
qeydiyyatına alınması tələb olunmayan fərdi məlumatların
informasiya sistemləri (bundan sonra - İnformasiya Sistemləri)
"Fərdi məlumatlar haqqında" Azərbaycan
Respublikası Qanununun tətbiq edilməsi barədə" Azərbaycan
Respublikası Prezidentinin 2010-cu il 4 iyun tarixli 275 nömrəli Fərmanına
əsasən hazırlanmışdır və "Fərdi məlumatlar
haqqında" Azərbaycan Respublikası Qanununun 15.3.3-cü maddəsinə
müvafiq olaraq, fərdi məlumatların işlənilmə məqsədindən
və subyektlərin sayına qoyulan maksimal həddən
asılı olaraq, dövlət qeydiyyatından keçirilməsi tələb
olunmayan hallarda yaradılan fərdi məlumatların informasiya
sistemlərini müəyyən edir.
2. Fərdi məlumatlar
haqqında" Azərbaycan Respublikası Qanununun 15.3.1-ci və
15.3.2-ci maddələrində göstərilən hallarla
yanaşı, aşağıdakı İnformasiya Sistemlərinin
dövlət qeydiyyatına alınması tələb olunmur:
2.1.müəyyən
olunmuş qaydada adsızlaşdırılmış, yaxud
subyekt tərəfindən açıq elan olunmuş və ya
subyektin razılığı ilə onun barəsində
açıqlanmış fərdi məlumatların
toplandığı və işlənildiyi, ümumi istifadə
üçün yaradılmış İnformasiya Sistemləri;
2.2.milli arxiv fondu
haqqında qanunvericiliyə uyğun olaraq arxivləşdirilmiş
fərdi məlumatların toplandığı və işlənildiyi
İnformasiya Sistemləri;
2.3.telekommunikasiya, poçt
rabitəsi, ünvan və digər sahələr üzrə cəmiyyətin
informasiya təminatını ödəmək məqsədi ilə
subyektin yazılı razılığı əsasında onun
təqdim etdiyi məlumatların (adı, soyadı,
atasının adı, doğulduğu tarix və yer, cinsi, vətəndaşlığı,
telefon nömrəsi və elektron ünvanı, yaşadığı
və olduğu yer, ixtisası və iş yeri, məşğul
olduğu fəaliyyət növü, ailə vəziyyəti, şəkli
və digər məlumatlar) toplandığı və işlənildiyi
ümumi istifadəli İnformasiya Sistemləri üçün - tərkibində
1000-dən az subyekt barədə fərdi məlumatlar olan
İnformasiya Sistemləri;
2.4. ictimai birliklərin
və digər qeyri-kommersiya təşkilatlarının üzvlərinə
aid olan xüsusi kateqoriyalı məlumatların toplanılması
və işlənilməsi həmin təşkilatlar tərəfindən
öz qanuni məqsədlərinə nail olmaq məqsədi ilə
və üçüncü şəxsə subyektin razılığı
olmadan verilməmək şərtilə aparılan
İnformasiya Sistemləri üçün - tərkibində 1000-dən az
subyekt barədə fərdi məlumatlar olan İnformasiya
Sistemləri;
2.5. dövlət və ya
yerli özünüidarə orqanlarının İnformasiya Sistemləri
(qanunvericiliklə müəyyən edilmiş vəzifələrin
icrası ilə bağlı dövlət və ya yerli özünüidarə
orqanlarına təqdim edilən fərdi məlumatların
toplanması və işlənilməsi həmin orqanlar tərəfindən
həyata keçirildikdə) üçün - tərkibində 1000-dən az
subyekt barədə məlumat olan İnformasiya Sistemləri;
2.6. elmi və statistik tədqiqat
məqsədləri üçün mütləq qaydada
adsızlaşdırılmış və dövlət sirri təşkil
etməyən fərdi məlumatların toplandığı və
işlənildiyi İnformasiya Sistemləri üçün - tərkibində
1000-dən az subyekt barədə fərdi məlumatlar olan
İnformasiya Sistemləri;
2.7. subyektin həyat və
sağlamlığını qorumaq üçün lazım olan fərdi məlumatların
toplandığı və işlənildiyi İnformasiya
Sistemləri üçün - tərkibində 1000-dən az subyekt barədə
fərdi məlumatlar olan İnformasiya Sistemləri.